...

Misir Mərdanov 311 saylı məktəblə bağlı vəziyyətə aydınlıq gətirib

Cəmiyyət Materials 11 Oktyabr 2012 14:22 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov onun əmri ilə fəaliyyəti dayandırılmış Bakı şəhəri Sabunçu rayonu 311 saylı məktəbin ərazisindən hər hansı qaz xətti və mazut borusunun keçməsi ilə bağlı məlumatları təkzib edib.
Misir Mərdanov 311 saylı məktəblə bağlı vəziyyətə aydınlıq gətirib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov onun əmri ilə fəaliyyəti dayandırılmış Bakı şəhəri Sabunçu rayonu 311 saylı məktəbin ərazisindən hər hansı qaz xətti və mazut borusunun keçməsi ilə bağlı məlumatları təkzib edib.

Trend-in məlumatına görə, Mərdanov cümə axşamı jurnalistlərə deyib ki, məktəbin yerləşdiyi ərazi neft-qaz quyuları ilə çox zəngindir. Ancaq məktəbin ərazisindən heç bir xətt keçmir.

"İndiyə qədər elə bir təhlükə olmayıb. Ancaq hər halda şagird və müəllimlərin sağlamlığı bizim üçün önəmli olduğundan, müvafiq dövlət qurumlarının razılığı və tələbi ilə şagirdlər müvəqqəti olaraq başqa məktəblərə köçürülüb. Təhlükəsizlik işləri başa çatdıqdan sonra uşaqlar öz məktəblərinə qayıdaraq orada təhsillərini davam etdirə bilərlər. Və yaxud da orada yeni məktəb tikiləcək", - nazir deyib.

Qeyd edək ki, 311 saylı məktəbin ərazisində mazutun çıxması barədə məlumatlar yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi qəzalı vəziyyətə düşdüyündən məktəbin fəaliyyətini dayandırması barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti