...

Azərbaycanda tələbələr biliklərinin yenidən qiymətləndirilməsini Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında tələb edəcəklər

Cəmiyyət Materials 11 Oktyabr 2012 17:35 (UTC +04:00)
Azərbaycanda tələbələr biliklərinin yenidən qiymətləndirilməsini Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında tələb edəcəklər.
Azərbaycanda tələbələr biliklərinin yenidən qiymətləndirilməsini Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında tələb edəcəklər

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tələbələr biliklərinin yenidən qiymətləndirilməsini Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında tələb edəcəklər.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu, "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Həmin nizamnaməyə görə, təhsilalanların hüquqlarından biri biliyinin yenidən qiymətləndirilməsini tələb etməkdir. İndiyədək bu, Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalarla həyata keçirilirdi.

Nizamnəyə edilən yeni dəyişikliyə əsasən, biliyinin yenidən qiymətləndirilməsi qaydaları Təhsil Nazirliyi tərəfindən deyil, NK tərəfindən müəyyən olunacaq. Beləliklə də, tələbələr NK-nın müəyyən etdiyi qaydada biliklərinin yenidən qiymətləndirilməsini tələb edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti