...

Azərbaycanda bazar günü "piknik"ə getmək istəyənlərin nəzərinə

Cəmiyyət Materials 13 Oktyabr 2012 12:51 (UTC +04:00)
Azərbaycan ərazisində bazar günü hava şəraiti nisbətən sabit olacaq, günün ikinci yarısında isə havanın tutulacağı gözlənilir. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda bazar günü "piknik"ə getmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ərazisində bazar günü hava şəraiti nisbətən sabit olacaq, günün ikinci yarısında isə havanın tutulacağı gözlənilir. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18, gündüz 19-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti