...

Azərbaycan zəlzələlərin ilkin hazırlıq dövrünün monitorinqini aparan stansiyalarını dünya ölkələrinə təqdim edəcək

Cəmiyyət Materials 15 Oktyabr 2012 15:17 (UTC +04:00)
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyalar şəbəkəsinin təqdimatını keçirəcək.
Azərbaycan zəlzələlərin ilkin hazırlıq dövrünün monitorinqini aparan stansiyalarını dünya ölkələrinə təqdim edəcək

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyalar şəbəkəsinin təqdimatını keçirəcək. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 5 stansiya fəaliyyət göstərir. Həmin stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan və Siyəzəndədir.

Əliyev deyib ki, stansiyalar şəbəkəsinin təqdimatı dünyada İKT üzrə ən nüfuzlu tədbir olan ITU Telecom World 2012 - XXIV Ümumdünya İKT Forumunda baş tutacaq. Bu gündən öz işinə başlayan tədbir 5 gün davam edəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında keçirilən tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər müvafiq dövlət qurumlarının, aparıcı İT-şirkətlərin, həmçinin, AMEA İnformasiya Texnologiyaları İnstitutunun İKT layihələri təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti