...

Qurban bayramı münasibətilə dəmir yolunda vaqonların sayı artırılacaq

Cəmiyyət Materials 18 Oktyabr 2012 11:32 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi qarşıdan gələn Qurban bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.
Qurban bayramı münasibətilə dəmir yolunda vaqonların sayı artırılacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin kollektivi qarşıdan gələn Qurban bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti