...

Azərbaycanda özəl tibb müəssisələrinə qarşı tədbirlər sərtləşdirilir

Cəmiyyət Materials 18 Oktyabr 2012 16:26 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinə qarşı tədbirləri sərtləşdirir.
Azərbaycanda özəl tibb müəssisələrinə qarşı tədbirlər sərtləşdirilir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H.Vəliyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinə qarşı tədbirləri sərtləşdirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti rəisinin vəzifəsini icra edən Əbülfət İmanov deyib.

"Aparılan yoxlamalar nəticəsində bir sıra tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib. Pozuntular, əsasən, laboratoriyaların akkreditasiyadan keçməməsi və bu müəssisələrdə istifadə edilən metroloji avadanlığın qeydiyyatdan keçməməsi ilə əlaqədardır ki, bu da laboratoriya analizlərinin nəticələrini şübhə altına salır", - İmanov qeyd edib.

Belə tibb müəssisələrinə qarşı inzibati tədbirlər görülüb, bəzi hallarda isə ay ərzində pozuntuları aradan qaldırmaq üçün göstəriş verilib.

İmanovun sözlərinə görə, əks təqdirdə, onların fəaliyyətinin dayandırılması da daxil olmaqla daha sərt tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti