Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu il Azərbaycanda 76 mindən artıq avtomobil qeydiyyata alınıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Baş İdarənin əməkdaşları tərəfindən 76452 avtomobil ilkin qeydiyyata alınıb, 56164 şəxsə isə sürücülük vəsiqəsi verilib.
Cari ilin 9 ayında İdarəyə 203 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub, onlardan 186-ı tapılıb.
İdarənin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 16 avtomobil və 18 şəxs saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 175 fakt və 54 fakt saxta sənəd aşkar olunub. Həmin materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.