Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın orta məktəblərində təhsil alanların qidalanması ilə bağlı dövlət standartları barədə mütəxəssislər rəy verməlidirlər. Trend-in məlumatınma görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, ölkə rəhbərliyinin xüsusi tapşırığına əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Səhiyyə və Təhsil nazirlikləri ilə birgə orta məktəblərdə təhsil alanların qidalanması ilə bağlı dövlət standartları hazırlamalıdırlar.
İndiyədək belə standartların olmadığını deyən nazir bildirib ki, müvafiq qurumlarla birlikdə işçi qrupu yaradılıb. İşçi qrupu bu məsələ ilə bağlı bır sıra ölkələrin təcrübəsini də öyrənəcək. Bundan sonra isə müvafiq qaydalar hazırlanaraq hökumətə təqdim ediləcək.
"Hələlik bu işə yenicə başlamaq ərəfəsindəyik. Ona görə də eni standartların nə vaxt hazır olması barədə fikir söyləyə bilmərəm", - nazir deyib.