...

DİN Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Cəmiyyət Materials 27 Oktyabr 2012 12:19 (UTC +04:00)
Qazax rayonunda ağır yol qəzası baş verib.
DİN Qazaxda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Qazax rayonunda ağır yol qəzası baş verib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, oktyabrın 26-da saat 04:00 radələrində Qazax rayonu ərazisində Gürcüstan vətəndaşları Bəxtiyar Tağıyevin idarə etdiyi "Mercedes-Vita" markalı mikroavtobusla Ənvər Abbasovun idarə etdiyi "Scania" markalı yük avtomaşını toqquşublar.

Nəticədə xəsarət almış B.Tağıyev, sərnişinləri - Qazax rayon sakinləri, arvadı Nana və qızı Səidə xəstəxanaya yerləşdiriliblər. Nana və Səidə orada ölüblər.

Qazax RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti