...

Şəmsəddin Hacıyev tələbələrə təhsil kreditlərinin verilməsinin əleyhinədir

Cəmiyyət Materials 31 Oktyabr 2012 13:01 (UTC +04:00)
Bu gün Azəraycanda "Təhsil kreditləri" haqqında qanun layihəsinə ehtiyac yoxdur.
Şəmsəddin Hacıyev tələbələrə təhsil kreditlərinin verilməsinin əleyhinədir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycanda "Təhsil kreditləri" haqqında qanun layihəsinə ehtiyac yoxdur. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, bunun bir neçə arqumenti var.

Komitə sədri hesab edir ki, təhsil kreditlərinin verilməsi sonradan bir sıra problemlərin yaranmasna gətırib cıxaracaq. Universitetlərin məzunlarının qarşılaşdığı işsizlik problemli təhsil kreditlərinin geri qaytarılmasına imkan verməyə bilər.

"Tutaq ki, bu kreditlər verildi, ancaq bir müddətdən sonra geri qaytarılmadı. Nələr baş verə bilər? Yenidən borc problemləri baş qaldıra bilər. Bu da arzuolunan deyil. Ona görə də hədsiz dərəcədə düşünmək lazımdır", - Hacıyev deyib.

Komitə sədrinin sözlərinə görə, elə bir sistem qurmaq lazımdır ki, bu kreditlər güzəştli olsun və onun geri qaytarılması üçün real təminat verilsin. O, ancaq belə bir sistemin yaradılacağı halda təhsil kreditlərinin verilməsinin tərəfdarı olduğunu açıqlayıb.

"Ancaq təqdim olunmuş layihədə belə bir mexanizm yoxdur. Ona görə də həm tələbələr, həm də valideynlər üçün problemlər yarada bilərik", - Hacıyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti