Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Xarici şirkətlər Azərbaycanda skeyt-parklar yaratmaq və bu sahəyə investisiya qoymaq istəyirlər. Bunu Trend-ə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Əliyev deyib.
Onun sözlərinə görə, şirkətlər skeyt-park yaratmaq barədə təkliflərini ilkin olaraq, internet vasitəsilə XAİİK-ya açıqlayıblar. Əliyev xarici şirkətlərin bu layihələrini müzakirə etmək üçün gənclər və idman naziri Azad Rəhimovla görüşəcəyini qeyd edib.
Klub prezidenti deyib ki, skeyt-parkların yaradılması həm idman, həm də gənclərin təlim-tərbiyəsi baxımından çox əhəmiyyətlidir.
Onun sözlərinə görə, skeyt-parkların Bakı bulvarında, məktəblərin idman meydançalarının yanında yaradılması nəzərdə tutulur.