...

Azərbaycanda hava pisləşəcək, temperatur enəcək

Cəmiyyət Materials 7 Noyabr 2012 12:24 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 8-də gün ərzində güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq
Azərbaycanda hava pisləşəcək, temperatur enəcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycanda hava pisləşəcək, temperatur enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 8-də gün ərzində güclənən şimal küləyi havanın temperaturunun aşağı enməsinə səbəb olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 12-15, gündüz 16-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 8-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti