...

İndiyədək Dövlət Proqramı çərçivəsində 53 azərbaycanlı gənc Niderlanda təhsil almağa göndərilib

Cəmiyyət Materials 8 Noyabr 2012 17:31 (UTC +04:00)
İndiyədək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 53 nəfər azərbaycanlı gənc Niderlandın müxtəlif ali məktəblərində təhsil almağa göndərilib.
İndiyədək Dövlət Proqramı çərçivəsində 53 azərbaycanlı gənc Niderlanda təhsil almağa göndərilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İndiyədək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 53 nəfər azərbaycanlı gənc Niderlandın müxtəlif ali məktəblərində təhsil almağa göndərilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Niderlandın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, həmin tələbələrin 27-si artıq məzun olub, 26-sı isə təhsilini davam etdirir.

Mərdanov Niderland universitetlərində hüquq, iqtisadiyyat və fəlsəfə ixtisasları üzrə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib. O, Azərbaycanla Niderland arasında peşə təhsili üzrə əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Niderlandın Azərbaycanla münasibətlərdə təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən səfir hər iki ölkənin universitetləri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın yaradılmasının mümkünlüyünü bildirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderlandda təhsil alan gənclərin sayının artırılması, niderlandlı tələbələrin Azərbaycanın ali məktəblərinə cəlb olunması məsələlərinə toxunan qonaq təhsilin bütün sahələri üzrə qarşılıqlı əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti