...

PA rəsmisi: Mətbuat orqanları əxlaq kodeksinə, davranış normalarına riayət etməlidirlər

Cəmiyyət Materials 10 Noyabr 2012 11:39 (UTC +04:00)
Biz heç bir vətəndaşın öz şərəf və ləyaqətini qorumaq məqsədi ilə məhkəmələrə müraciət etmək hüquqlarını məhdudlaşdıra bilmərik.
PA rəsmisi: Mətbuat orqanları əxlaq kodeksinə, davranış normalarına riayət etməlidirlər

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Biz heç bir vətəndaşın öz şərəf və ləyaqətini qorumaq məqsədilə məhkəmələrə müraciət etmək hüququnu məhdudlaşdıra bilmərik. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin bəzi mətbu orqanlara qarşı yönəlmiş maliyyə sanksiyaları ilə bağlı verdiyi sualı cavablandırarkən deyib.

"Məhkəmələrin hansısa müraciətlərə baxaraq qərar qəbul etməsini məhdudlaşdıra bilmərik. Uzun müddətdir ki, mətbuat orqanlarını mətbuatın əxlaq kodeksinə, davranış normalarına riayət etməyə çağırırıq", - o bildirib.

Həsənov qeyd edib ki, dövlət nə qədər mətbuat orqanlarına dəstək versə də, əgər onlar vətəndaşların hüquqlarına hörmətlə yanaşmasalar, öz işlərinə məsuliyyətlə yanaşmasalar, özlərində təkzib vermək cəsarəti tapmayacaqlarsa, bu kimi problemlər olacaq.

"Biz əgər "Diffamasiya haqqında" qanunu qəbul etmək niyyətimizi ortaya qoymuşuqsa, mətbuat mütləq şəkildə öz məsuliyyətini dərk etməli və insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Məhkəmələrin çıxardığı qərarlar icraya yönəldikdə hakimiyyət ona heç nə edə bilməz", - Həsənov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti