...

"Statoil Azərbaycan" şirkətinin prezidenti Bakı Ali Neft Məktəbində olub

Cəmiyyət Materials 16 Noyabr 2012 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Bu gün Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Statoil Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorenseni və şirkətin sağlamlıq, təhlükəsizlik, ətraf mühit və korporativ sosial məsuliyyət sektorunun rəhbəri Şahpur Sotudehmaneşi qəbul etmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqlara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışan Qasımov Şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır. O, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-nin layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd etmişdir. Bakı Ali Neft Məktəbi haqqında qonaqlara məlumat verən Qasımov bildirmişdir ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.

"Statoil Azərbaycan" şirkətinin prezidenti Lars Troen Sorensen bildirmişdir ki, Azərbaycanda dünya standartlarına cavab verən belə bir ali təhsil müəssəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə etməsi təqdirə layiq haldır. O, gələcəkdə Azərbaycanda böyük layihələr həyata keçirməyi planlaşdıran "Statoil- Azərbaycan" şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında müxtəlif sahələrdə əməkdaşlığın önəmli olduğunu qeyd etmişdir.

Görüş çərçivəsində "Statoil Azərbaycan" şirkəti və Bakı Ali Neft Məktəbi arasında Norveçin məşhur Stavanger və NTNU (Norwegian University of Science and Technology) universitetləri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması sahəsində, Statoil Şirkətinin Azərbaycanda fəaliyyət göstərən və xaricdən gələn müxtəlif mütəxəssislərinin BANM tələbələri qarşısında məruzələrlə çıxış etmələri və bir sıra digər məsələlər haqqında razılıq əldə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti