...

Sabah Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 16 Noyabr 2012 12:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Sabah Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycanda hava yağmursuz olacaq.

Ekalogiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5i, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti