...

Bakıda QİƏT ölkələri QHT-lərinin I Forumu keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2012 17:18 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçiriləcək.
Bakıda QİƏT ölkələri QHT-lərinin I Forumu keçiriləcək

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələrinin Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçiriləcək.

Şuradan Trend-ə verilən məlumata görə, forumda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli hökumət və QHT nümayəndələri iştirak edəcəklər. Forumda qurumun Nizamnaməsinin və yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti