...

Bakı yol polisindən sürücülərə çağırış

Cəmiyyət Materials 1 Dekabr 2012 12:44 (UTC +04:00)
Bakı yol polisi "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sahiblərini, sürücülərini müəyyən edilmiş qaydada və ya müddətdə idarə etdiyi avtomobilləri texniki baxışdan keçiməyə çağırır
Bakı yol polisindən sürücülərə çağırış

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bakı yol polisi "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sahiblərini, sürücülərini müəyyən edilmiş qaydada və ya müddətdə idarə etdiyi avtomobilləri texniki baxışdan keçiməyə çağırır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin sürücülərinə inzibati protokol tərtib edilir.

O qeyd edib ki, ötən gün ərzində Bakı şəhərində yol polisi tərəfindən 19 sürücü saxlanılaraq barələrində intizabi protokol tərtib edilib. Bundan başqa saxlanılan 20 sürücüyə texniki baxışdan keçsə də, onlara verilmiş birkanın avtomobilin qabaq alın şüşəsinə vurmadığına görə, təbliğat işləri aparılıb.

Əsədovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 154.1 maddəsinin tələbinə əsasən, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinə görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər isə 70 manat cərimə edilir.

"Hər halda avtomobilin qabaq şüşəsinin salondan sağ tərəfdə texniki baxışdan keçməni təsdiq edən birkanın vurulması vacib şərtdir və birka vurulduğu halda sürücü vaxt itkisinə qənaət etmiş olur. Birka olmadığı halda yol polisi avtomobili saxlamalı olur", - Əsədov qeyd edib.

Məlumat üçün Əsədov bildirib ki, Bakı şəhəri üzrə avtomobillərin texniki baxışdan keçməsi Bakı-Zabrat-Məşdağa yolunun 1-ci km-də yerləşən Baş Dövlət Yol Polis İdarəsinin diaqnostika şöbəsində həyata keçirilir.

O həmçinin texniki baxışdan keçərkən avtomobillərin sığorta edilməsini də sürücülərə tövsiyə edib.

"Hər halda avtomobillərin sığorta edilməsi yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi zərərin ödənilməsi ilə bağlı mübahisənin həllidir", - Əsədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti