...

Kürün suyunun səviyyəsi azalıb

Cəmiyyət Materials 3 Dekabr 2012 12:29 (UTC +04:00)
Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.
Kürün suyunun səviyyəsi azalıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 , Şirvanda 8, Bankədə 1 sm azalıb. Salyanda suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm enib.

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 m3/s, ongünlük normanın 102 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 99 faizini təşkil edib.

Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti