Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda vətəndaşlar tibbi müayinə kartını artıq onlayn sifariş edə bilərlər.
Səhiyyə Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, vətəndaşlar tibbi müayinə kartını e-xidmət vasitəsilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə getmədən onlayn sifariş verə bilərlər. Bunun üçün vətəndaşlar http://e-sehiyye.gov.az/az/register/tmks ünvanına daxil olmalıdırlar.
Kartların üzərində və çiplərində vətəndaşa aid şəxsi məlumatlarla yanaşı, onun ilkin və dövri tibbi müayinədən keçməsi barədə məlumatlar yerləşdirilir.
Kartlarda yer alan müayinələr barədə məlumatlar müayinələrin keçirildiyi tibb müəssisələrində kompüterlərə qoşulmuş kart oxuyucu qurğular vasitəsilə oxuna və dəyişdirilə bilər.