...

Türkmənistanda həbs edilən Azərbaycan vətəndaşları əfv olundu

Cəmiyyət Materials 12 Dekabr 2012 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir S.Ağayeva/

Türkmənistanda həbs edilən dörd Azərbaycan vətəndaşı əfv edilib.

Türkmənistan Xarici İşlər Nazirliyindən Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olan notada deyilir ki, onlar Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən əfv edilib.

Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Nizami Ağacanov, Kənan Əliyev, Kamran Nağıyev və İsrafil Nağıyev oktyabrın 21-də Türkmənistan sərhədçiləri tərəfindən "Uran" gəmisinin göyərtəsində saxlanılıblar. Onlar Xəzərin Türkmənistan akvatoriyasında qanunsuz ovla məşğul olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti