...

Bakı yol polisinin proqnozlaşdırılan hava şəraiti ilə bağlı sürücülərə müraciəti

Cəmiyyət Materials 13 Dekabr 2012 15:45 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.
Bakı yol polisinin proqnozlaşdırılan hava şəraiti ilə bağlı sürücülərə müraciəti

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı yol polisi proqnozlaşdırılan qarlı-şaxtalı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.

Bölmə rəisi sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yol hərəkətində iştirak etməməyi, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.

Bununla əlaqədar Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xəbərdarlıq edib. Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında temperaturun anomal gedişi gözlənilir. Havanın temperaturu gecə və səhər 4-6, günün ikinci yarısında 1-3 dərəcə isti olacaq, dekabrın 15-dən 16-na və 16-dan 17-nə keçən gecə 0, -2 dərəcəyədək aşağı enəcək. Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə isə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-15-də arabir güclənən şimal-şərq küləyi əsəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti