...

Dövlət Komissiyasının adından dövlət qulluğuna hazırlıq xidmətlərinin təklif edilməsi faktları müəyyən edilib

Cəmiyyət Materials 20 Dekabr 2012 09:59 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) adından istifadə edilməklə dövlət qulluğuna hazırlıq xidmətlərinin təklif edilməsi faktları müəyyən edilib.
Dövlət Komissiyasının adından dövlət qulluğuna hazırlıq xidmətlərinin təklif edilməsi faktları müəyyən edilib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) adından istifadə edilməklə dövlət qulluğuna hazırlıq xidmətlərinin təklif edilməsi faktları müəyyən edilib.

Komissiyadan Trend-ə verilən məlumata görə, son vaxtlar vətəndaşlara Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın adından istifadə edilməklə dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqənin test imtahanı və müsahibə mərhələlərinə hazırlıq üzrə təlim xidmətlərinin təklif edilməsi faktları müəyyən edilib.

Komissiya namizədlərin nəzərinə çatdırır ki, DQMK bu cür xidmətlərin göstərilməsində iştirak etmir.

"Komissiyanın əməkdaşlarının, habelə Komissiyada test tapşırıqlarının hazırlanmasına və ya müsahibələrin keçirilməsinə cəlb edilən müstəqil ekspertlərin bu növ fəaliyyətlə məşğul olmasına icazə verilmir", - məlumatda deyilir.

Komissiyanın adından istifadə edilməklə bu növ təlim xidmətlərini göstərən fiziki və ya hüquqi şəxslər barədə məlumatı olanlardan (012) 465-87-93/94/97 (daxili 128) nömrəli telefon vasitəsilə məlumat vermələri xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti