...

AMEA bəzi bölmələr üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqladı

Cəmiyyət Materials 21 Dekabr 2012 12:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün kecirilən iclasında bəzi bölmələr üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlanıb
AMEA bəzi bölmələr üzrə doktoranturaya qəbul imtahanlarının nəticələrini açıqladı

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün kecirilən iclasında bəzi bölmələr üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, AMEA-nın I vitse-prezidenti Arif Həşimov cümə günü jurnalistlərə açıqlamasında deyib ki, bu gün Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri Bölməsi, Yer Elmləri Bölməsi, Biologiya Elmləri Bölməsi və Aqrar Elmər Bölməsi üzrə doktoranturaya qəbul olanların elmi işləri və elmi rəhbərləri təsdiqlənib. Bu bölmələr üzrə 81-i əyani, 62-si isə qiyabi təhsil forması üzrə olmaqla, ilkin olaraq 143 nəfər doktorant qəbul olunub.

Həşimov bildirib ki, bəzi bölmələr üzrə müxtəlif səbəblərdən Rəyasət Heyətinin iclasına gəlməyənlər də olub. Onların doktoranturaya qəbulunun təsdiqi Rəyasət Heyətinin növbəti iclaslarından birinə saxlanılıb. Rəyasət Heyətinin növbəti iclasının dekabrın 25-də keçirilməsi nəzərdə tutulur. Bu iclasda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi üzrə doktoranturaya qəbulun nəticələri açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti