...

Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 26 Dekabr 2012 17:14 (UTC +04:00)
Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi-müəllim və idmançılar arasında 12 nominasiya üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi-müəllim və idmançılar arasında 12 nominasiya üzrə keçirilmiş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlmatına görə, tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov deyb ki, müsabiqədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəbləri, həmin məktəblərin məşqçi-müəllimləri və yetirmələri iştirak edib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində 159 Uşaq-Gənclər İdman və Şahmat məktəbi fəaliyyət göstərir. Onlardan 83-ü Uşaq-Gənclər İdman məktəbi, 9-u ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 64-ü Uşaq-Gənclər Şahmat məktəbi, 2-si ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi, 1-i uşaq-gənclər fiziki hazırlıq klubudur.

Nazir deyib ki, cari il ərzində respublika birinciliyi, çempionat və kubok yarışlarında idman növləri üzrə 557 medal, o cümlədən, 219 qızıl, 172 gümüş, 166 bürünc medal qazanılıb.

Avropa, dünya birinciliyi və çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə isə idmançılarımız ümumilikdə 97 medal, o cümlədən, 55 qızıl, 17 gümüş, 25 bürünc medal əldə ediblər. Bu il idman növləri üzrə 2108 nəfər yüksək dərəcəli idmançı hazırlanıb. Onlardan 1831 nəfəri I dərəcəli idmançı, 266 nəfəri idman ustalığına namizəd, 6 nəfəri idman ustası, 2 nəfəri FIDE (Beynəlxalq Şahmat Federasiyası) ustası, 3 nəfəri beynəlxalq dərəcəli idman ustasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti