...

Əbülfəs Qarayev Yeni il bayramı ilə əlaqədar hotellərdə qiymətlərin bahalaşmasına münasibət bildirib

Cəmiyyət Materials 27 Dekabr 2012 12:01 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbüfəs Qarayev Yeni il bayramı ilə əlaqədar hotellərdə xidmətlərin qiymətinin bahalaşmasına münasibət bildirib.
Əbülfəs Qarayev Yeni il bayramı ilə əlaqədar hotellərdə qiymətlərin bahalaşmasına münasibət bildirib

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbüfəs Qarayev Yeni il bayramı ilə əlaqədar hotellərdə xidmətlərin qiymətinin bahalaşmasına münasibət bildirib.

Trend-in məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbüfəs Qarayev cümə axşamı jurnalistlərə deyib ki, bu qiymətləri bazar tənzimləyir.

"Yeni hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə imkan verəcək. Biz bu istiqamətdə işlər aparırıq. Artıq ötən iki il müddətində Azərbaycan hotellərində qiymətlər 15-20 faiz enib. Biz də qanunvericiliyə uyğun olaraq, qiymətlərin tənzimlənməsi istiqamətində müəyən işlər görürük", - nazir bildirib.

O, qeyd edib ki, Azərbaycanda 400-dən artıq hotel lisenziya ilə fəaliyyət göstərir.

Qarayevin sözlərinə görə, hər il ölkədə 50-yə yaxın yeni yerləşdirmə obyektləri istifadəyə verilir.

"Ümumiyyətlə, bu sahədə problem yoxdur. Artıq lisenziya əldə etmək istəyən şirkət və hotellər bunu internet vasitəsilə saytımıza daxil olaraq, tələb olunan sənədləri təqdim etməklə həyata keçirə bilirlər. Bu prosedur yüksək qiymətləndirilir", - nazir deyib.

Qarayev bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 7-10 faiz artıb.

Onun sözlərinə görə, ölkəyə gələn tutistlərin yekun sayı barədə məlumatlar gələn il fevralın 3-dək dəqiqləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti