Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin PEYK zavodunda istehsal olunan rəqəmli DVB-T dekoderlərin ilk hissəsi 2013-cü il yanvarın sonu, fevralın əvvəlində satışa çıxarılacaq. Bu barədə cümə günü Trend-ə zavodun direktoru Siyavuş Əliyev məlumat verib.
Əliyevin sözlərinə görə, müəssisə tərəfindən kütləvi istehsala başlamaq üçün zəruri hissələr alınıb. Dekoderlərin ilk modellərinin sınaqdan keçirilməsi yaxın on gün ərzində başa çatacaq.
Hazır məhsulun ilk hissəsi min ədəd təşkil edir. Qurğu bazara "DVB-T PEYK" brendi ilə aburaxılacaq, qiyməti isə bazar qiymətlərinə tam uyğun gələcək.
Əliyevin dediyi kimi, qurğuların istehsalı istehlakçıların tələbinə uyğun tənzimlənəcək.
Azərbaycanda rəqəmli TV dekoderləri 2013-cü ilin əvvəlində satışa çıxarılacaq