...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərlə əlaqəsi olan 256 axar aşkarlayıb

Cəmiyyət Materials 11 Yanvar 2013 15:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2012-ci il ərzində Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərlə əlaqəsi olan 256 axar aşkarlayıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2012-ci il ərzində Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, ötən il Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1336 ekoloji monitorinq keçirilib.

Monitorinqlər zamanı istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan sahil zolağında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsi aydın olub. Eyni zamanda, sahil zolağında bir sıra yerlərdə ərazilərin bataqlaşması, bəzi ərazilərdə isə qeydə alınmış qeyri-qanuni zibilxanaların ləğvi istiqamətində müvafiq işlərin aparılmaması ötən ildə bir daha müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti