...

Dövlət Gömrük Komitəsi 2012-ci ilin hesabatını açıqladı

Cəmiyyət Materials 12 Yanvar 2013 13:12 (UTC +04:00)
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumatına görə, bu faktlardan 272-si cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 0,85 manatdan çox təşkil edib.
Dövlət Gömrük Komitəsi 2012-ci ilin hesabatını açıqladı

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/

2012-c i il ərzində Azərbaycan gömrük orqanları tərəfindən 14 606 hüquqpozma fatkı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumatına görə, bu faktlardan 272-si cinayət xarakterli olub və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 0,85 manatdan çox təşkil edib.

Bu əməllərin törədilməsində şübhəli bilinən 312 nəfər (237 Azərbaycan vətəndaşı, 75 xarici) barəsində müvafiq tədbirlər görülüb.

Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkarlanıb. Bu faktlar üzrə ümumilikdə 136 kq 876 qram narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Bunun 107 kq 513 qramı həşiş, 3 kq 869 qramı heroin, 10 kq 540 qramı isə tiryək olub. Bu fatlar üzrə şübhəli bilinən şəxslərdən 103 nəfəri kişi, 7 nəfəri qadın olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olan 15 qrup zərərsizləşdirilib.

2012-ci ildə valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 337 min 972 ABŞ dolları, 12 min 738 avro, 18 516 100 rus rublu, 4 kq 651 qram qızıl, 1 391 745 manat dəyərində 38 ədəd qızıl əşya, 10 kq 218 qram gümüş, 63 565 manat dəyərində 3716 ədəd gümüş əşya, 334 karaq qiymətli daşlar tutulub.

2012-ci ildə aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818 728 ədət xaricdə istehsal olunan siqaret, 1240 litr və 26 min 646 ədət spirtli içki saxlanılıb. Hesabat ilində mobil telefonlarla əlaqədar törədilmiş xüsusi hüquqpozmaları həcminin artımı müşahidə olunub. Bu hüquqpozma predmenti kimi 13 min 322 ədəd mobil telefon götürülüb.

Bundan əlavə, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 4 ədəd odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov silahı, 240 kq radiaktiv materiallar, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar tutularaq müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti