• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Regiondakı seysmoaktiv ölkələr ümumi sistem yaratmağa hazırlaşırlar

15 Yanvar 2013 12:36 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan da daxil olmaqla, bir sıra seysmoaktiv ölkələr region miqyasında ümumi seysmik vəziyyəti müəyyən edə bilən ümumi sistem yaratmağı nəzərdə tuturlar.

Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev çərşənbə günü Trend-ə bildirib ki, sistemin yaradılmasında Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan və Ukraynanın Krım Muxtar Respublikasının iştirakı planlaşdırılır. Bir-iki il müddətində bu sistemin layihəsi region səviyyəsində qəbul oluna bilər.

Artıq birgə sistemin qurulması üçün ölkələrin alimləri səviyyəsində razılıq əldə edilib.

"Ancaq işlər yaxşı getsə, onda bu sahə üzrə dövlətlərarası əməkdaşlıq üçün razılıq əldə edilər. Hazırda bu iş eksperimentlər mərhələsində olduğundan əməkdaşlıq alimlər səviyyəsində aparılır. Eksperimentlər öz təsdiqini tapdıqdan sonra bu məsələnin ölkələr arasında daha yüksək səviyyədə həyata keçirilməsi barədə razılıq əldə edilə bilər", - Əliyev deyib.

O əlavə edib ki, artıq Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 5 stansiya qurulub. Bu şəbəkəni genişləndirmək üçün Naxçıvan Muxtar Respublikasında - Sədərəkdə, Böyük düz adlanan ərazidə, Nehrəmdə 3 stansiya, daha sonra isə Zaqatala-Qax-Balakən, Astara, Qazax, Qubada belə stansiyaların quraşdırılması planlaşdırılır.

Əliyevin sözlərinə görə, region miqyasında ümumi seysmik vəziyyəti müəyyən edə bilən ümumi sistemin yaradılması üçün adıçəkilən ölkələrdə də belə stansiyalar qurulmalıdır. Həmin stansiyaların işi peyk vasitəsilə bir-biri ilə əlaqələndirilməlidir.

İnstitut direktoru deyib ki, artıq Türkmənistan alimləri dünən ona zəng edərək bu məsələ ilə bağlı hazırlıq işlərinə başladıqlarını bildiriblər. Hazırda Türkiyə ilə Azərbaycan arasında da bu məsələ ilə bağlı danışıqlar aparılır. Sistemin qurulması layihəsinə Türkiyədən sonra Özbəkistan və Krım da daxil edilə bilər.

Qeyd edək ki, Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyalar gözlənilən zəlzələni təxminən 15-20 saat əvvəldən qeyd etməyə başlayır. Hazırda Azərbaycan alimləri bu stansiyaların məlumatları əsasında zəlzələ ocağının yerinin müəyyənləşdirilməsi üçün iş aparırlar. Ölkədəki stansiyaların sayı artırıldıqdan sonra zəlzələ ocağının koordinatını müəyyən etmək mümkün olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • seymik vəziyyət
  • Telman Əliyev
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycanda noutbuk arxasında oturanlar ürəklərinin vəziyyətini nəzarətdə saxlaya biləcəklər
Cəmiyyət 29 Dekabr 2014 16:20
Azərbaycanlı alimlərin işinin nəticəsindən Rusiyada istifadə olunacaq
Cəmiyyət 18 Noyabr 2014 13:27
Azərbaycanda seysmologiya üzrə dövlət proqramının layihəsi hazırlanacaq
Cəmiyyət 11 Fevral 2014 13:07
Azərbaycanda İKT, turizm və KİV sahələri üçün vergi güzəştlərinin tətbiqi təklif olunur
Cəmiyyət 7 Fevral 2014 09:52
Azərbaycanda neft quyularında rentabelliyin artmasına imkan verən yeni nəsil nəzarət və idarəetmə sistemləri yaradılıb
Cəmiyyət 12 Dekabr 2013 15:58
Telman Əliyev: Azərbaycanda informatika sahəsinin inkişafı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır
Cəmiyyət 12 Dekabr 2013 13:12
Azərbaycan Türkiyədə proqnozlaşdırma sistemlərinin monitorinqi stansiyasının quraşdırılmasına başlayır
Telekommunikasiya 19 Noyabr 2013 16:05
Azərbaycanda zəlzələlərin proqnozlaşdırılmasına kömək edən stansiyalarından biri Türkiyə ilə qarşılıqlı şəkildə istifadə oluna bilər
Cəmiyyət 16 May 2013 14:42
Azərbaycanda ilk dəfə zəlzələləri əvvəlcədən qeyd edən səyyar stansiya istifadəyə verilib
Cəmiyyət 14 May 2013 14:36
Azərbaycan alimləri Türkmənistanda zəlzələlərin baş verməsini əvvəlcədən demək üçün eksperimentlər aparacaqlar
Cəmiyyət 1 May 2013 09:47
Azərbaycanda sürüşmənin baş verə biləcəyi əraziləri əvvəlcədən müəyyənləşdirmək mümkün olacaq
Cəmiyyət 20 Aprel 2013 10:04
Azərbaycan alimlərindən yenilik: reanimasiyada yatan xəstələrə mobil telefonlar nəzarət edəcək
Cəmiyyət 3 Aprel 2013 14:38
Azərbaycanda gözlənilən zəlzələ ocaqlarını müəyyən etmək üçün maydan eksperimentlərə başlanacaq
Cəmiyyət 3 Aprel 2013 09:36
Azərbaycanda zəlzələlərin proznozlaşdırılmasına kömək edən yeni stansiya istifadəyə verildi
Cəmiyyət 2 Aprel 2013 16:20
Bakıda sürüşmə zonalarındakı hündür binaların zəlzələyə davamlılığı yoxlanıla bilər
Cəmiyyət 10 Yanvar 2013 11:39
Azərbaycanda mobil telefonlar insanlarda qripin başlayacağını xəbər verəcək
Cəmiyyət 9 Yanvar 2013 14:38
Azərbaycanda zəlzələ və qrunt sularının vurduğu zərəri çox az xərclə aradan qaldırmaq olar
Cəmiyyət 26 Dekabr 2012 13:15
Azərbaycanlı mütəxəssislər gələn il gözlənilən zəlzələlərin təxmini yerini deyə biləcəklər
Cəmiyyət 21 Dekabr 2012 16:29
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı

Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter