...

İtaliyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2013 10:31 (UTC +04:00)
Bu gün İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi Bakı Ali Neft Məktəbində olub.
İtaliyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gün İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi Bakı Ali Neft Məktəbində olub.

BANM-dən Trend-ə verilən məlumata görə, qonağı qəbul edən rektor Elmar Qasımov bildirib ki, günü-gündən inkişaf edən ölkəmizdə beynəlxalq standartlara cavab verən kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən biridir. Ölkə başçısı İlham Əliyevin "Neft kapitalını insan kapitalına çevirək" devizi də məhz bunun əyani sübutudur. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddətdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və dünyanın inkişaf etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini tutan İtaliya Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Mario Baldi Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, Azərbaycanda ingilis dilində tədris həyata keçirən belə müasir tipli texniki ali məktəbin yaradılmasının vaxtında həyata keçirilən çox önəmli bir layihə olduğunu vurğulayıb. Səfir Bakı Ali Neft Məkətbi ilə İtaliyanın tanınmış Piza Universiteti, Alfa Prosess Kontrol şirkəti və dünyada tanınmış ENİ şirkətinin Korporativ Universiteti arasında əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Görüşün sonunda səfir Mario Baldiyə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti