...

"20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda toplantı keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2013 18:12 (UTC +04:00)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda toplantı keçirilib.
"20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda toplantı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda toplantı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş toplantıda gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, İsmayıl İsmayılov, millət vəkilləri Sevinc Hüseynova, Fuad Muradov, gənclər təşkilatlarının nümayəndələri, müəllim, tələbə və professor heyəti iştirak ediblər.

Toplantı iştrakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Nazir müavini İntiqam Babayev toplantını açıq elan edib və ilk çıxış üçün sözü Akademiyanın rektoru professor Ağacan Abiyevə verib.

Daha sonra millət vəkilləri, gənclər təşkilatlarının üzvləri və digər toplantı iştirakçıları bu qanlı tarixi yaddaşlarda yaşatmağı, gələcək nəsillərə ötürməyi, şəhidlərimizin xatirələrini hər zaman hörmətlə yad etməyi gənclərimizə tövsiyə ediblər.

Sonda toplantı iştirakçıları şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti