...

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil və qatarların hərəkəti dayandırılıb

Cəmiyyət Materials 20 Yanvar 2013 12:01 (UTC +04:00)
Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobil və qatarların hərəkəti dayandırılıb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəliyə dayandırılıb.

Trend-in məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Xəbər lenti

Xəbər lenti