...

Orta məktəblərdə monitorinq imtahanlarının keçirilməsinə bu ildən başlanacaq

Cəmiyyət Materials 30 Yanvar 2013 13:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb şagirdləri ücün monitorinq imtahanlarının keçirilməsinə bu tədris ilindən başlayacaq.
Orta məktəblərdə monitorinq imtahanlarının keçirilməsinə bu ildən başlanacaq

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəb şagirdləri ücün monitorinq imtahanlarının keçirilməsinə bu tədris ilindən başlayacaq.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, bu ildən müəyyən fənlərdən monitorinq imtahanları aparılacaq.

"Monitorinq imtahanları iki növ olacaq: sırf elmi-metodiki məqsədlər və qiymətləndirmə həyata keçirilməsi üçün. Məsələn, hansısa kurs 10-c sinifdə bitdikdə biz 10-cu sinifdə monitorinq imtahanı keçirəcəyik. Biz müxtəlif fənləri müxtəlif illərdə qiymətləndirəcəyik", - Abbaszadə deyib.

O əlavə edib ki, bu il imtahanların keçirilməsi üçün müəyyən məktəblər seçiləcək. Builki imtahanlar yalnız elmi məqsədlərə söykənəcək.

"Bu imtahanar hələ ki, şagirdlərin taleyinə elə də təsir göstərməyəcək. Builki imtahanlar elmi-metodiki məqsədlərə söykənəcək. Bu il biz şagirdlərin səvyyəsini öyrənmək üçün imtahanları belə keçirəcəyik", - TQDK səri deyib.

O bildirib ki, monitorinq imtahanları yekun attestasiyanı düzgün aparmaq üçün lazımdır. Orta məktəblərdə yekun attestasiya hazırda iki fənn üzrə aparılır. Ancaq yekun attestasiya iki fəndən aparıla bilməz.

"Təbii ki, müxtəlif fənlər əlavə edilməlidir. Bunun üçün monitorinq imtahanları aparılmalıdır", - Abbaszadə deyib.

Qeyd edək ki, bu ilin yanvarında Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti