...

Bişkekdə hərbi hissədən 39 əsgər qaçdı

Cəmiyyət Materials 4 Fevral 2013 15:12 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkekdə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) 702 saylı hərbi hissəsindən 39 hərbçi qaçıb.
Bişkekdə hərbi hissədən 39 əsgər qaçdı

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Qırğızıstanın paytaxtı Bişkekdə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) 702 saylı hərbi hissəsindən 39 hərbçi qaçıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "KirTAQ"a DİN-in mətbuat katibi Jorabay Abdraimov deyib.

"Hərbçilər bu gecə qaçıblar. 39 əsgərin hamısı ehtiyata göndərilmiş hərbi qulluqçu olub. Onlar Bişkekdəki evlərdən birində gizlənərək doğmalarına zəng ediblər. Onların yeri müəyyənləşdirilməyib. Qaçışın səbəbləri dəqiqləşdirilir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti