...

Dəmir yolunun Karrar-Sığırlı mənzilində əsaslı təmir işlərinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2013 10:21 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir edilir.
Dəmir yolunun Karrar-Sığırlı mənzilində əsaslı təmir işlərinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yol əsaslı təmir edilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən şənbə günü Trend-ə verilən məlumata görə, bu gündən Karrar-Sığırlı mənzilində 7 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işləri fevralın 15-dək davam edəcək. Bu işləri "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Fevralın 9-da səhər saatlarında köhnə yolun söküntüsünə start verilib və artıq 1 km köhnə yol sökülüb.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 186 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti