Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/
Bakının yol polisi 8 Mart Beynəlxalq Qadınlar Günündə qadın sürücüləri mükafatlandıracaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BPİ DYP) adından bütün KİV-lərə müraciət edən bölmə rəisi qeyd edib ki, BPİ DYP-nin 8 mart Beynəlxaq Qadınlar Günündə "Radio Anten"lə birgə paytaxt ərazisində "Nümunəvi qadın sürücü" devizi altında ənənəvi aksiya keçirəcək.
Aksiya zamanı "Yol hərəkəti haqqında" qanunun tələblərinə uyğun hərkət edən qadın sürücülərə mükafatlar təqdim ediləcək. Proses canlı olaraq "Radio Anten" vasitəsilə yayınlanacaq.