Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/
Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Ədliyyə Nazirlyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 5-də 8 Mart Beynəlxalq Qadınlar Günü və "Od çərşənbəsi" münasibətilə tədbir keçirilib.
Müəssisənin yaşayış sahəsində açıq havada məhkum qadınların iştirakı ilə Azərbaycan milli rəqs nümunələri ifa edilib, teatr dərnəyinin üzvlərinin iştirakı ilə əyləncəli səhnəciklər nümayiş edilib.
Məhkum qadınların iştirakı ilə idman oyunları təşkil olunub.
Bayram tədbirində maraqlı görüntülər yaşanıb.