...

Gəncədə regional inkişaf məsələləri müzakirə olunub

Cəmiyyət Materials 11 Mart 2013 17:02 (UTC +04:00)
Gəncədə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bazar ertəsi "Regional inkişaf: Strateji hədəflər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Gəncədə regional inkişaf məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Gəncədə İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə bazar ertəsi "Regional inkişaf: Strateji hədəflər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, elmi-tədris müəssisələrinin məsul şəxsləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rayonlarda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, məşğulluğun səviyyəsinin artdığını bildirib, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, regionların sosial-iqtisadi inkişafının Azərbaycan iqtisadiyyatının prioritetlərindən olduğunu vurğulayıb. Niyazi Səfərov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında qoyduğu mühüm vəzifələr barədə Konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, Azərbaycandakı genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən də böyük maraq göstərilir, əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı təkliflər irəli sürülür. Bu istiqamətdə Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlıq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti