Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ali təhsilin rezidentura səviyyəsi üzrə qəbul planını Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya təqdim edəcək.
Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na dəyişiklik edilib. Bu qaydalara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı Səhiyyə Nazirliyinin təklifinə əsasən hazırlanaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim ediləcək.
İndiyədək isə rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və Nazirlər Kabineti tərəfindən təsdiq edilirdi.