...

Ermənistandakı AES ətrafında yeni seysmoloji stansiyalar yerləşdiriləcək

Cəmiyyət Materials 27 Mart 2013 12:09 (UTC +04:00)
Ermənistandakı AES ətrafında yerləşdiriləcək yeni seysmoloji stansiyalar artıq ölkəyə gətirilib.
Ermənistandakı AES ətrafında yeni seysmoloji stansiyalar yerləşdiriləcək

Azərbaycan, Bakı, 27 mart /Trend/

Ermənistandakı AES ətrafında yerləşdiriləcək yeni seysmoloji stansiyalar artıq ölkəyə gətirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Ermənistan FHN seysmik müdafiə Milli xidmətinin rəhbəri Qraçya Petrosyanın FHN müşavirəsi zamanı çıxışına istinadən "Panoram.am" saytı məlumat yayıb.

Onun sözlərinə görə, yeni stansiyalar tezliklə AES ətrafında quraşdırılacaq. O bildirib ki, köhnə stansiyalar yeni müsair rəqəmsal stansiyalarla əvəz olunacaq. Bütün məlumatlar FHN Böhran İdarəetmə Mərkəzinə veriləcək.

Qraçya Petrosyan, həmçinin qeyd edib ki, köhnə seysmik avadanlıqlar FHN müzeyində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti