...

Bu gecə Azərbaycan yay vaxtına keçir

Cəmiyyət Materials 30 Mart 2013 11:38 (UTC +04:00)
Bu gecə Azərbaycan yay vaxtına keçir.
Bu gecə Azərbaycan yay vaxtına keçir

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Bu gecə Azərbaycan yay vaxtına keçir.

Trend-in məlumatına görə, martın 30-dan 31-nə keçən gecə - saat 04:00-da Azərbaycanda saatların əqrəbi bir saat irəli çəkiləcək.

Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti