...

Mənzilinizdə müvəqqəti yaşayan yaxın qohumunuzun həmin mənzildən istifadə hüququ varmı?

Cəmiyyət Materials 1 Aprel 2013 11:34 (UTC +04:00)
Bəzilərimiz yaxın qohumlarımıza, dost-tanışımıza yaşamağa yerləri olmadığı üçün öz evəlrimizdə müvəqqəti yaşamasına razılıq veririk. Bəzən onlar bizə lazım olan zaman mənzilimizi boşaltmır, hətta mənzilə sahiblənmək üçün əllərindən gələni əsirgəmirlər.
Mənzilinizdə müvəqqəti yaşayan yaxın qohumunuzun həmin mənzildən istifadə hüququ varmı?

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bəzilərimiz yaxın qohumlarımıza, dost-tanışımıza yaşamağa yerləri olmadığı üçün öz evlərimizdə müvəqqəti yaşamasına razılıq veririk. Bəzən onlar bizə lazım olan zaman mənzilimizi boşaltmır, hətta mənzilə sahiblənmək üçün əllərindən gələni əsirgəmirlər.

Mənzildən müvəqqəti istifadə edən həmin şəxslərin evdən çıxmasını tələb etdikdə onların həmin mənziıldən istifadə hüquqlarının olduğunu iddia edirlər. Mülkiyyət sahibi bu halda nə etməlidir və mülkiyyətçinin hüquqları qanunla necə qorunur?

Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq firmasının əməkdaşı Dünyamin Novruzov mətbuata açıqlamasında deyib ki, yaranmış mübahisə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll edilməlidir.

"Mülki Məcəllənin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin (mənzil sahibinin) ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın", Novruzov deyib.

Onun sözlərinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Hüquqşünas deyir ki, əgər mənzilin sahibi qohumuna və ya tanıdığı birinə mənzildə yaşamasına yalnız şifahi razılıq veribsə və onların arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmayıbsa, həmin şəxsin mənzil sahibinə məxsus mənzildən istifadə hüququ yaranmır.

"Yuxarıda qeyd olunanlara əsasən demək olar ki, həmin şəxsin evdən istifadə hüququ ilə bağlı tələbi qanuna uyğun deyil və mənzilin mülkiyyətçisi mübahisəli mənzildən həmin şəxsin çıxarılmasını tələb edə bilər. Qanun bütün hallarda ev sahibinin mülkiyyət hüquqlarını tam şəkildə qoruyur", o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti