...

Azərbaycanda zəlzələlərin proznozlaşdırılmasına kömək edən yeni stansiya istifadəyə verildi

Cəmiyyət Materials 2 Aprel 2013 17:20 (UTC +04:00)
Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 6-cı stansiya Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda quraşdırılıb.
Azərbaycanda zəlzələlərin proznozlaşdırılmasına kömək edən yeni stansiya istifadəyə verildi

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 6-cı stansiya Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda quraşdırılıb. Bunu çərşənbə axşamı Trend-ə İnstitutun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, ilk eksperimentlər bu stansiyanın çox informativ olduğunu təsdiqləyib. Stansiya Azərbaycan, eyni zamanda, Türkiyə və İran tərəfdən zəlzələdən əvvəl əmələ gəlmiş anomal seysmik prosesləri çox etibarlı şəkildə aşkarlamağa imkan verəcək.

Əliyev qeyd edib ki, stabnsiyanın quraşdırılmasına Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun, AMEA-nın Naxçıvan bölməsinin sədri, AMEA Rəyasət Heyətinin üzvü İsmayıl Hacıyev və bölmənin digər işçiləri çox böyük kömək göstəriblər.

İnstitut direktorunun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında əlavə iki stansiyanın da quraşdırılması nəzərdə tutulur. Həmin stansiyalar həm Türkiyə, həm də Azərbaycan tərəfinə xidmət edə biləcək.

"Beləliklə, Naxçıvanda ASP-nin başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən böyük şəbəkə yaradılacaq. Bunun nəticəsində regionda zəlzələnin proqnozunun verilməsinə imkan yaranacaq", - Əliyev əlavə edib.

Qeyd edək ki, zəlzələlərin ilkin hazırlıq dövrünün monitorinqini həyata keçirən digər stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan və Siyəzəndədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti