...

Azərbaycanda gözlənilən zəlzələ ocaqlarını müəyyən etmək üçün maydan eksperimentlərə başlanacaq

Cəmiyyət Materials 3 Aprel 2013 10:36 (UTC +04:00)
Azərbaycanda gözlənilən zəlzələ ocaqlarının koordinatlarını müəyyən etmək üçün maydan eksperimentlərə başlamaq nəzərdə tutulur.
Azərbaycanda gözlənilən zəlzələ ocaqlarını müəyyən etmək üçün maydan eksperimentlərə başlanacaq

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda gözlənilən zəlzələ ocaqlarının koordinatlarını müəyyən etmək üçün maydan eksperimentlərə başlamaq nəzərdə tutulur. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, eksperimentlər Kibernetika İnstitutunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə birgə layihəsi çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən stansiyaların fəaliyyətinin analizi nəticəsində aparılacaq. Artıq bunun üçün modellər yaradılıb.

Əliyev qeyd edib ki, hazırda ölkədə anomal seysmik proseslərin (ASP) başlanmasını aşkar edən 6 stansiya fəaliyyət göstərir. Onlar Qum adası, Neftçala, Naftalan, Şirvan, Siyəzən və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonlarındadır.

"Biz hazırda sonuncu olaraq, Naxçıvanda quraşdırılmış stansiyadan gələn siqnalları analiz edirik. Ancaq maydan tam geniş miqyaslı eksperimetlərin aparılmasına başlamaq planlaşdırılır"-Əliyev əlavə edib.

O qeyd edib ki, eksperimetləri aparmaq üçün əvvəlcə 200-250 metr dərinliyində olan bir dayaz quyu üzərində və Qazax-Ağstafa bölgəsində, bundan sonra isə Lənkəran-Astara bölgəsində bir stansiyanın tikilməsinə ehtiyac yarana bilər.

"Ancaq biz indi çalışacağıq ki, hazırda fəaliyyət göstərən 6 stansiya və dayaz quyu üzərində qurulacaq stansiya vasitəsilə zəlzələ ocaqlarının yerini müəyyənləşdirək. Bu, cox ciddi məsələdir. Əgər biz bunu həll edə bilsək, dünyada ilki dəfə olaraq, zəlzələnin yerini müəyyənləşdirməklə 15-20 saat əvvəldən zəlzələnin başlanmasını proqnoz verə biləcəyik",-institut direktoru əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti