...

"Metsamor" ətrafında 6 yeni seysmik stansiya quraşdırılacaq

Cəmiyyət Materials 8 Aprel 2013 18:51 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) texniki əməkdaşlıq milli proqramı çərçivəsində "Metsamor" AES-in seysmik təhlükəsizliyini artırmaq məqsədilə altı yeni GURALP 6TD seysmsik stansiya təqdim edib.
"Metsamor" ətrafında 6 yeni seysmik stansiya quraşdırılacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) texniki əməkdaşlıq milli proqramı çərçivəsində "Metsamor" AES-in seysmik təhlükəsizliyini artırmaq məqsədilə altı yeni GURALP 6TD seysmsik stansiya təqdim edib.

Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, burada məqsəd AES ətrafında yerləşdirilən və fəaliyyət göstərən telemetrik seysmik şəbəkənin təkmilləşdirilməsidir.

BAEA cihazları Ermənistan hökuməti yanında Atom təhlükəsizliyinin nizamlanması üzrə dövlət komitəsinə təqdim edib, komitə isə öz növbəsində, onları Fövqəladə Hallar Nazirliyinin Seysmik Təhlükəsizlik Xidmətinin istifadəsinə verib.

Cihazlar yerləşdirilməzdən əvvəl məkanın və seysmik dəyişikliklərin fon əhəmiyyətini müəyyənləşdirmək üçün alət ölçülərinin seçimi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti