...

İyundan etibarən bölgələrdə səyyar “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 17 Aprel 2013 12:07 (UTC +04:00)
İyun ayından etibarən bölgələrdə səyyar “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Trend xəbər verir ki, bu barədə jurnalistələrə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib
İyundan etibarən bölgələrdə səyyar “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

İyun ayından etibarən bölgələrdə səyyar "ASAN xidmət" mərkəzləri fəaliyyətə başlayacaq. Trend xəbər verir ki, bu barədə jurnalistələrə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin bu il ərzində fəaliyyət göstərə bilməyəcəkləri bölgələrdə xüsusi avadanlıqlarla təchiz edilmiş avtobuslar qəsəbə və kəndlərə gedərək vətəndaşlara yerindəcə xidmət göstərəcəklər. Bu prosesə cari ilin iyunundan etibarən başlanılacaq", - Kərimov bildirib.

O, həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində uğurlu bir təcrübə həyata keçirilir. Belə ki, 300-ə yaxın gənc könüllü olaraq müqavilə əsasında "Asan xidmət" mərkəzlərinə fəaliyyətə cəlb olunublar. Gələcəkdə həmin şəxslər dövlət qulluğuna qəbul olmağa hazırlaşırlar. Bu, onların dövlət qulluğuna qəbulunu daha da asanlaşdıracaq. Çünki onlar "Asan xidmət" mərkəzlərində müəyyən təcrübə toplamış olurlar. Agentlik dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəməyən, özəl və digər sektorda çalışmaq istəyən şəxslərə də müvafiq sertifkatlar verir ki, bu da onların işə qəbulunu daha da asanlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti