...

Bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə ittiham olunan ata və oğula hökm oxundu

Cəmiyyət Materials 19 Aprel 2013 16:58 (UTC +04:00)
Lənkəran Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə ittiham olunan Hənifə Əliyev və İlham Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə ittiham olunan ata və oğula hökm oxundu

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Məmmədov/

Lənkəran Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə ittiham olunan Hənifə Əliyev və İlham Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hənifə Əliyev və İlham Əliyev hər biri 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, ötən il iyulun 16-da, saat 19:40 radələrində İmişli rayonunun Qulubəyli kənd sakini, 1948-ci il təvəllüdlü Hənifə Əliyev və oğlu İlham Əliyev həmkəndliləri - yetkinlik yaşına çatmayan 1995-ci il təvəllüdlü Mirnahid Nağıyevi kustar üsulla hazırlanmış odlu silahla qətlə yetiriblər.

Hənifə Əliyev Qulubəyli kənd icra nümayəndəsinin qardaşı oğlu, Mirnahid Nağıyev isə kənd bələdiyyə sədrinin oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti