...

İTV-nin Yayım Şurasının üzvü: Baş direktor vəzifəsinə namizədlər arasında Cəmil Quliyevin də adı var

Cəmiyyət Materials 20 Aprel 2013 13:06 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni Baş direktorunun kim olacağı gələn həftə məlum olacaq. Bu barədə Trend-ə şirkətin Yayım Şurasının üzvü, millət vəkili Fuad Muradov bildirib.
İTV-nin Yayım Şurasının üzvü: Baş direktor vəzifəsinə namizədlər arasında Cəmil Quliyevin də adı var

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni Baş direktorunun kim olacağı gələn həftə məlum olacaq. Bu barədə Trend-ə şirkətin Yayım Şurasının üzvü, millət vəkili Fuad Muradov bildirib.

Millət vəkilinin sözlərinə görə, gələn həftə İTV-nin Yayım Şurası toplanacaq və qurumun Baş direktorunu seçəcək. Deputat İTV-nin Baş direktoru vəzifəsinə namizədlər arasında "Mədəniyyət" kanalının Baş direktoru Cəmil Quliyevin adının olduğunu da deyib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru vəzifəsinə elan edilən müsabiqəyə sənəd qəbulu dünən başa çatıb. İTV-nin hazırkı rəhbəri İsmayıl Ömərovun müsabiqəyə sənəd vermədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti