...

ADA-da “Heydər Əliyev və neft diplomatiyası” müsabiqəsinin qalibləri elan edildi

Cəmiyyət Materials 25 Aprel 2013 13:31 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Heydər Əliyev və neft diplomatiyası” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.
ADA-da “Heydər Əliyev və neft diplomatiyası” müsabiqəsinin qalibləri elan edildi

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Heydər Əliyev və neft diplomatiyası" mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Trend xəbər verir ki, Sənaye və Energetika Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) təşkilatçılığı ilə keçirilən müsabiqəyə ADNA-dan 19, ADA-dan 10 tələbə tərəfindən ümumilikdə 29 esse təqdim olunub.

Qaliblərin élan edilməsi mərasimində çıxış edən sənaye və energetika naziri Natiq Əliyev ulu öndər Heydər Əliyevin neft diplomatiyası sahəsində qazandığı böyük uğurlardan danışıb.

ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev isə bu cür müsabiqələrin keçirilməsinin ümummilli liderin təcrübəsinin gənclər tərəfindən öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Esse müsabiqəsinin qalibi isə ADA-nın magistrantı Tuncay Musazadə olub. O, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin birində bir aylıq təcrübə keçmək imkanı əldə edib. Təcrübə ilə əlaqədar Musazadənin bütün maliyyə xərcləri Sənaye və Energetika Nazirliyi tərəfindən ödəniləcək.

ADNA-nın tələbəsi Həbibə Sadıqlıya isə 2-ci yerin sahibi kimi noutbuk hədiyyə olunub. 3-cü yerin sahibi isə xarici ölkə vətəndaşı olub. ADA-nın Qırğızıstandan olan tələbəsi Umud Kıdırqıçovaya İPad hədiyyə edilib.

Daha 3 ən yaxşı esse müəllifinə isə həvəsləndirici mükafatlar və fəxri diplomlar təqdim edilib.

Qalib esselər ADA-nın Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin veb səhifəsində nəşr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti